D’ORBİNYİ (D’orbigny) Alsid Dessalin (6.9.1802, Kueron – 30.6.1857, Paris) – fransız paleontoloq-stratiqrafı, J.Küvyenin şagirdi. 1826–33 illәrdә Cәnubi Amerikaya sәyahәt etmişdir. 1836 –53 illәrdә Pa -
risdә Tәbii tarix muzeyinin paleontologiya prof.-u. 100 mindәn çox üzvi qalıqları tәdqiq etmişdir. D’O. Küvyenin katastrofizm nәzәriyyәsinin (fәlakәtlәr nәzәriyyәsi) tәrәfdarlarından olmuşdur. Bax Katastrofizm mәqalәsinә.