Monqolustanın c.-ş.-indә aymak. Sah. 109,4 min km2. Әh. 58,6 min (2010). İnz. m. Saynşand ş.-dir. Relyefi sәhra vә yastıdağlıqdan (orta hünd. dәniz sәviyyәsindәn 1000 m-әdәk) ibarәtdir. Arid iqlimi var; daimi quraqlıq vә qum fırtınaları sәciyyәvidir. Әrazisindә daş kömür vә flüorit yataqları kәşf olunmuşdur; neft çıxarılır. Transmonqolustan magistralı aymak әrazisindәn keçir.