DOVÉ Henrix Vilhelm (6.10.1803, Leqnitsa, Polşa – 4.4.1879, Berlin), alman iqlimşünası, Prussiya Krallığı EA-nın üzvü (1837), Peterburq EA-nın xarici m. üzvü (1842). Breslau (indiki Vrotslav) vә Berlin un-tlәrini bitirmişdir. Köniqsberq (1826) vә Berlin (1829) un-tlәrindә fizika prof.-u, Prussiya Meteorologiya İn-tunda direktor (1848) işlәmişdir. D. hava vә iqlim anlayışına qütb vә ekvatorial okean axınlarının dәyişmәsi vә qarşılıqlı әlaqәsinin nәticәlәri kimi baxmışdır. Yer sәthindә hava temp-runun paylanmasını, elәcә dә atm. tәzyiqinin illik gedişini, tropikdәnkәnar en dairәlәrindә passat, musson vә siklonların xüsusiyyәtlәrini öyrәnmişdir.