ДÓВЕР – АБШ-ын ш.-индя шящяр. Делавер штатынын инз. м. Ящ. 36,0 мин (2010; ящалисинин сайына эюря Уилмингтондан сонра штатын икинъи шящяри).
1717 ildә әsası qoyulmuş, İngiltәrәdәki eyniadlı şәhәrin adı ilә adlandırılmışdır. 1777 ildәn ştatın inz. m.-dir. 1829 ildәn statusunu almışdır. Şәhәrin tarixi mәrkәzindә yerlәşәn memarlıq abidәlәri arasında “Qızıl Yun” tavernasının (Delaver ştatının Qanunverici mәclisi 1787 ildә, ölkәdә birinci olaraq ABŞ Konstitusiyasını burada ratifikasiya etmişdir) vә ştatın Qanunverici mәclisinin binaları diqqәt çәkir.
Şәhәrdә Delaver ştatı Un-ti (1891), Delaver ştatının kitabxanası vә muzeyi, Delaver k.t. muzeyi, Syuell Biqqs Amerika incәsәnәti muzeyi (1993), Şvarts incәsәnәt mәrkәzi (bina – 1904; balet tamaşaları vә s.) fәaliyyәt göstәrir.
D.-dә işlәyәnlәrin böyük hissәsi ştatın inzibati orqanlarında çalışır. “Playtex” (әsası 1937 ildә qoyulmuşdur; qadın alt paltarları istehsal edir) şәhәrin әn iri sәnaye şirkәtidir. Frederika şәhәrәtrafı qәs.-ndә “ILC Dover” firmasının (hәrbi vә aerokosmik sәnaye üçün xüsusi parçaların istehsalı) z-du yerlәşir.
“Dover International Speedway” avtodromu (“NASCAR” seriyalı avtomobil yarışları) vә “Dover Dauns” ippodromu D.-in şәhәrәtrafındadır. Yaxınlığında HHQ- nin “Dover” bazası (mülki personal 4 min nәfәrdәn çoxdur; “Lockheed C-5 “ Galaxy ağır hәrbi-nәql. tәyyarәlәri) – hәrbi yüklәrin avianәqli üzrә ölkәnin әn iri tranzit qov- şaqlarından biri; ABŞ Müdafiә Nazirliyinin әn böyük hәrbi morqu (ölkә hüdudlarından kәnardakı hәrbi münaqişәlәrdә hәlak olanların cәsәdlәri buraya gәtirilir) yerlәşir.