Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EVRİPİD

    EVRİPİD (Εύριπιδης) (e.ә. tәqr. 480, yaxud 484, Afina – 406, Makedoniya) – qәdim yunan dramaturqu. Esxil Sofoklla yanaşı, e.ә. 5 әsrin üç böyük yunan faciәnәvisindәn biri. E.-in poeziyası hәlә e.ә. 4 әsrdә öz layiqli qiymәtini almış, antik mәdәniyyәtin ellin vә Roma mәrhәlәlәrindә yaxşı tanınmışdır. 90-a qәdәr әsәr yazmış, 17 faciәsi vә bir satirik dramı (“Kiklop”) dövrümüzәdәk gәlib çatmışdır. 8 faciәsinin sәhnәyә qoyulma tarixi mәlumdur: “Alkestida” (438), “Medeya” (431), “İppolit” (428), “Troya qadınları” (415), “Yelena” (412), “Orest” (408), “Vakxankalar” vә “İfigeniya Avliddә” (405). “Heraklidlәr”, “Andromaxa”, “Hekuba”, “Yalvaranlar” faciәlәrini  Arxidam müharibәlәri dövrünә (431– 421), “Herakl”, “Elektra”, “İon”, “İfigeniya Tavriddә”, “Finikiya qadınları” faciәlәrini, elәcә dә “Kiklop” dramını yaradıcılığının son dövrünә aid edirlәr.

    Yaradıcılığı Afina quldarlıq demokratiyasının böhran illәrinә tәsadüf etmiş E.-in әsәrlәrindә hәmin dövrün mülki tәbәqәlәşmә, quldarların aqressiv siyasәti, etik әnәnәlәrin tәnәzzülü kimi ziddiyyәtlәr әksini tapmışdır. Faciәyә mәişәt elementlәrinin daxil edilmәsi E. dramaturgiyasının sәciyyәvi xüsusiyyәtidir. Hәmin elementlәrin daşıyıcıları tәkcә ikinci planda olan obrazlar deyil, elәcә dә baş qәhrәmanlar olur. Obrazların simalarının kifayәt qәdәr mürәkkәb intriqa şәraitindә açıldığı bәzi son әsәrlәri mifoloji qәhrәmanların da iştirak etmәsinә baxmayaraq, mәişәt dramını xatırladır (“Yelena”, “İfigeniya Tavriddә”, “İon”). E.-in әsәrlәri xor faciәlәrinin nitq dramlarına çevrilmәsinin son mәrhәlәsini tәşkil edir. Onun üçün xorun rolu mühüm deyil; xor partiyaları yalnız hadisәlәrin gedişatında üzә çıxan lirik düşüncәlәrdәn ibarәt olub, әsas ideyanın açılmasına xidmәt etmir. E.-in әn gözәl bәdii priyomlarından biri tәzadlı baxışların toqquşduğu, mübahisә edәn tәrәflәrin dәlillәrindә dramaturqun natiqlik tәcrübәsinin tәsirinin hiss olunduğu “nitq yarışmaları”ndan istifadә etmәsidir. Esxil vә Sofokldan fәrqli olaraq E.-dә proloqlar vә epiloqlar mühüm rol oynayır. Sofoklla müqayisәdә E.-in faciәlәrindә bütöv kompozisiya, hәrәkәt vәhdәti yoxdur. Tәsadüfi hadisәlәr bәzәn süjetin gedişini dәyişdirir. E. bәzәn faciәnin sonunda mürәkkәblәşmiş intriqanı açmaq üçün tanrıların müdaxilәsindәn dә istifadә edir. Sәhnә şәraitindә tanrı obrazı mancanaqla endirildiyindәn “deus ex machina” (“maşından tanrı”) adlandırılan hәmin bәdii priyoma dramaturqun bütün son әsәrlәrindә bir qayda olaraq rast gәlinir.

    E.-in bir sıra әsәri Azәrb. dilinә tәrcümә olunmuş vә onlardan bәzilәri milli teatrlarda sәhnәyә qoyulmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç