ÉVRİPOS (Éuripos) – Egey dәnizindә boğaz. Evbeya a.-nın mәrkәzi hissәsini materik Yunanıstanından ayırır. Uz. tәqr. 8 km, әn ensiz yeri 40 m (bu hissәdә adanı materiklә birlәşdirәn körpü salınmışdır). Güclü qabarma-çәkilmәlәr olur. Xalkis dәniz portu E. sahilindәdir.