ÉVRİPTERİDLƏR (Eurypteroidea), xәr çәng-әqrәblә r, giqanto stra k i l ә r – merostomlar sinfinin (Merostomata) qısabığcıqlar yarımtipindәn nәsli kәsilmiş su buğumayaqlıları dәstәsi. Ordovik dövründәn Perm dövrünәdәk yaşamışlar. Bәdәni az-çox iyvarıdır, uz. 10 – 20 sm (bәzilәrindә 1–1,8 m-әdәk, mәs., Pterogotus) olmuşdur; bәdәn ön vә arxa (tikanşәkilli, yaxud iki pәrdәn ibarәt telsonlu) hissәlәrә bölünmüşdür. Prosomda sadә vә mürәkkәb gözlәri, birinci cütü (qısqacşәkilli xeliserlәr) sancmaq vә ya tutmaq üçün 6 cüt әtrafı olmuşdur. 30-a yaxın cinsi mәlumdur. Yırtıcı idilәr. Şortәhәr vә şirin sularda yaşamışlar. E.-in öyrәnilmәsi buğumayaqlıların tәkamülünü bilmәk üçün әhәmiyyәtlidir, çünki dәniz mühitindәn quruda yaşamağa keçәn vә buğumayaqlıların quruda yaşamasına başlanğıc verәn әqrәblәr Silur dövründә yәqin ki, E.-dәn törәmişlәr.