EVRİTOP ORQANİZMLƏR (evri ... + yun. t – yer) – әn müxtәlif yerlәrdә yaşayan vә geniş ekoloji diapazonlu canlılar. Arealları, adәtәn, çox genişdir. Mәs., adi şam ağacı gillicәli torpaqlarda, tәbaşirli çıxışlarda, sfaqnumlu bataqlıqlarda, qütb dairәsindә vә çöl zonasının bәzi yerlәrindә bitir. Adi dağsiçanı vә adi tarlasiçanı çöllәrdә, tarlalarda, çәmәnlәrdә, meşә kәnarında vә s. yaşayır. Stenotop orqanizmlәr bunların әksinәdir.