EVROPİUM (lat Europium), Eu – kimyәvi element; elementlәrin dövri sisteminin III qrupunda yerlәşir; lantanoidlәrә aiddir, at. n. 63, at.k. 151,964. Tәbiәtdә iki stabil izotopu var: 151Eu (47,81%) vә 153Eu (52,19%). Yer qabığında E.-un miqdarı kütlәcә 1,3·10–4 %-dir. E.-u 1901 ildә fransız kimyaçısı E. Demarse kәşf etmişdir; Avropanın şәrәfinә adlandırılmışdır. Atomun xarici elektron tәbәqәlәrinin konfiqurasiyası 4f75s25p66s2. Birlәşmәlәrdә oksidlәşmә dәrәcәsi әsasәn +3, nadir hallarda +2-dir. E. gümüşü metaldır; kristal qәfәsi hәcmdә mәrkәzlәşmiş kubdur; tәr. 826°C, tqayn. 1527°C, sıxlığı 5244 kq/m3. İstilik neytronlarının tutulmasının en kәsiyi 45∙10–26 m2.
Digәr nadir-torpaq elementlәri kimi yüksәk kimyәvi fәallığı ilә sәciyyәlәnir; metallik E. havada tәdricәn oksidlәşir.
E. Eu2O3-ün metaltermiki reduksiyasından, hәmçinin EuCl3 әrintisinin elektrolizindәn alınır. E. neytron uducusu kimi (nüvә reaktorlarında), birlәşmәlәri lüminofor komponentlәri kimi (televiziya vә lazer texnikasında) tәtbiq olunur. Radioaktiv izotoplarından 154Eu (T1/2 8,59 il) vә 155Eu (T1/2 4,76 il) γ-defektoskopiyada, 155Eu tibbi diaqnostikada vә isifadә edilir.