Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EVSİZLİK

    EVSİZLİK – insanın daimi yaşayış yerinin olmaması ilә sәciyyәlәnәn sosial, hüquqi vә iqtisadi hadisә. Azәrb. Resp.-nın Konstitusiyasına görә (maddә 43), mәnzil hüququ vәtәndaşların әsas hüquqlarına aiddir. Heç kәs yaşadığı mәnzildәn qanunsuz mәhrum edilә bilmәz. Küçә E.-i (evin olmaması, zirzәmilәrdә, damlarda, vağzallarda, zibilxanalarda vә s. yaşama), skvotterçilik (hüquqi әsaslar olmadan evi әlә keçirmә) vә rәsmi qeydiyyat olmadan yaşama fәrqlәndirilir. E. qısamüddәtli vә uzunmüddәtli ola bilәr. Müxtәlif ölkәlәrin sosial qanunvericiliklәrindә E.-in hüquqi müәyyәnlәşmәsi yaşayış sahәsinә ehtiyac meyarlarından irәli gәlir vә bu meyarlar hәr ölkә üçün özünәmәxsusdur. Ayrıca insanın, yaxud ailәnin vәziyyәti kimi E. köçәri xalqların vә ya sәrgәrdan rahib qruplarının vәziyyәtlәrindәn fәrqlәnir; ikincidә daimi yaşayış yerinin olmaması tarixәn formalaşmış mәdәniyyәtin vә dini tәsәvvürlәrin tәzahürüdür.

    Bu vә ya digәr şәkildә E. bütün bәşәriyyәt tarixi boyu mövcud olmuşdur. Belә ki, evsiz sәfillәr antik vә orta әsrlәr Avropa şәhәrlәrindә sosial landşaftın mühüm hissәsi idi. Erkәn sәnayelәşmә dövründә kәnd hәyat tәrzinin dağılması ilә evsizlәrin sayı artmağa başlamış vә bu da onların hüquqi tәqibi ilә (damğalanma, sürgün, iş evlәrinә zorla yerlәşdirmә) müşayiәt olunmuşdu. 19 әsrdәn evsizlәr üçün xeyriyyә sığınacaqları vә gecәlәmә yerlәri meydana gәldi. 20 әsrin 2-ci yarısından Qәrbi Avropada, ABŞda vә digәr inkişaf etmiş ölkәlәrdә evsizlәrә yardım üzrә dövlәt sistemlәri yaradıldı.

    E. struktur vә fәrdi sәbәblәrlә şәrtlәnir. Struktur sәbәblәrә yoxsulluq, işsizlik, әhalinin әlçatan yaşayış yeri ilә tәmin olunmaması, hәrbi vә etnik münaqişә zonalarından mәcburi miqrasiya, iqtisadi miqrasiya, çәtin hәyat şәraitindә yaşayan şәxslәrә qeyriadekvat sosial yardım aiddir. E. sosial sarsıntılar vә tәbii fәlakәtlәr zamanı daha geniş yayılır. Fәrdi sәbәblәr şәxsi hәyat xüsusiyyәtlәri (xәstәliklәr, ailә bağlarının qırılması, mәhkumluq, fırıldaqçılıqla әlaqәdar olaraq yaşayış yerinin itirilmәsi vә s.) ilә bağlıdır. E. halı sosial eksklüziyanın tәzahürüdür: bir çox ölkәlәrdә evsizlәrә qarşı ayrı-seçkilik qanunla daimi yaşayış yerinin mövcudluğu ilә әlaqәlәndirilәn hüquq vә tәminatların әlçatmaz olması formasında ifadә olunur.

    E. vәziyyәtinin uzun sürmәsi halında insanlarda әvvәlki sosial әlaqәlәr zәiflәyir, cәmiyyәtdәn ayrılması artır, bir çoxlarında alkoqol, yaxud narkotik asılılıq yaranır vә ya güclәnir. Ona görә -in profilaktikası ilә yanaşı, küçәdә qalmış şәxslәrә tәcili sosial yardım göstәrmәk böyük әhәmiyyәt daşıyır. 21 әsrin әvvәllәrindә E., әsasәn, şәhәrlәrdә yayılmış haldır, kәnd yerlәrindә ona nisbәtәn az rast gәlinir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç