EVTROF BİTKİLƏR, evtroflar – torpağın münbitliyinә tәlәbkar, humusla vә mineral qidalanma elementlәri ilә zәngin torpaqlarda yaxşı bitәn bitkilәr. Bunlardan enliyarpaqlı ağac cinslәri (saplaqlı palıd, vәlәs, göyrüş), kollar (tatar doqquzdonu, göyәm vә s.), enliyarpaqlı meşә otları (mәlәkotu, әsmә, ballıca), hәmçinin qaratorpaq çöllәrin, münbit çәmәnlәrin, düzәnlik bataqlıqların (evtrofların) bitkilәri vә demәk olar ki, becәrilәn bitkilәrin hamısı E.b.-ә aiddir. Müqayisә et: Oliqotroflar, Mezotroflar.