EVTROFİKASİYA (qәd. yun. εδςτροφία – yaxşı qidalanma) – su hövzәlәrinin bioloji mәhsuldarlığının artması prosesi vә sututarların biogen elementlәrlә doyması. E. sututarın hәm tәbii qocalmasının, hәm dә antropogen tәsirlәrin nәticәsi ola bilәr. Fosfor vә azotun E.-sına sәbәb olan әsas kimyәvi elementlәr, bәzi hallarda “hipertrofizasiya” termini kimi işlәdilir. Evtrof sututarlar üçün litoral vә sublitoral bitkilik, plankton bolluğu sәciyyәvidir. Balanslaşdırılmayan süni E. yosunların gur inkişafına (suyun “çiçәklәmәsi”), oksigen defisitinә (azlığına), balıqların vә heyvanların qırılmasına sәbәb olur. Bu proses sututarın dәrinliklәrinә günәş şüalarının az düşmәsi vә su dibindәki bitkilәrdә fotosintezin olmaması, yәni oksigen yoxluğu ilә izah edilә bilәr.