ÉYDOS (yun. έίδος, lat. forma) – qәdim yunan fәlsәfәsindә termin. Fәlsәfәyәqәdәrki (Homerdәn başlayaraq), xüsusilә sokrataqәdәrki dövrdә E. xarici “görünüş”, “obraz” mәnasında işlәnirdi. Artıq e.ә. 5 әsrdә E.-un tәsnifat vahidi kimi “növ”ә yaxın mәnasına rast gәlinir. Demokritdә E. “atom”u ifadә edir. Platonda isә “ideya” termininin sinonimidir. Aristotel E.-u maddi substratdan ayrılmaz “forma” mәnasında işlәdir. Onun mәntiq vә biol.-sında E. “cins”ә (γένος) tabe olan tәsnifat vahidi – “növ”dür (species). Orta platonizmdә sintez aparılmışdır: Platondakı E.-ideyalar “Allahın fikirlәri”, Aristoteldәki E.-formalar isә ideyanın materiyada tәzahürlәri kimi xarakterizә olunur. E. Husserlin fenomenologiyasında E. xalis mahiyyәt vә intellektual intuisiyanın obyektidir.