Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EYDSVOLL KONSTİTUSİYASI (1814)

    EYDSVÓLL KONSTİTUSİYASI (1814) – Eydsvoll ş.-ndә mayın 17-dә Müәssislәr Mәclisi tәrәfindәn qәbul edilmiş Norveç konstitusiyası. Norveçin İsveçә birlәşdirilmәsi planlarına qarşı genişlәnәn milli azadlıq hәrәkatı şәraitindә qәbul olunmuş E.k. Norveçi azad vә müstәqil dövlәt, birbaşa seçki yolu ilә seçilәn stortinqi isә ali nümayәndәli orqan elan edirdi. Lakin stortinqә seçkilәr yüksәk seçki senzi (yaş, әmlak vә oturaqlıq) әsasında aparılırdı. Qanunvericilik vә maliyyә sahәsindә stortinqә geniş sәlahiyyәtlәr verilirdi. Ölkәnin idarә olunmasında icraedici hakimiyyәt, müdafiә, xarici siyasәt, qanunvericiliyә nәzarәt krala hәvalә edilsә dә, bir sıra hüquq vә azadlıqlar (söz, mәtbuat, sahibkarlıq, şәxsiyyәtin toxunulmazlığı vә s.) elan olunurdu.

    İsveç–Norveç  müharibәsindә  (1814) mәğlubiyyәtә uğradıqdan sonra Norveç İsveçlә uniyaya [bax İsveç–Norveç uniyası (1814–1905)] razılıq vermәyә mәcbur oldu. İsveç müvafiq düzәlişlәrlә E.k.-nı qәbul etmәyi öhdәsinә götürdü. Krala veto qoymaq hüququ verilsә dә, stortinqin 3 çağırışı ilә qәbul olunmuş qәrar kralın iki dәfә veto qoymasına baxmayaraq, qüvvәyә minә bilәrdi. Bu da norveçlilәrә uniya çәrçivәsindә geniş daxili müstәqilliklәrini saxlamağa imkan verdi. 1905 ildә İsveçlә uniya lәğv edildi. Bәzi düzәliş vә әlavәlәrlә (1905, 1936, 1946 vә s. illәrdә) E.k. Norveçdә indi dә qüvvәdәdir. Mayın 17-i Norveçdә Müstәqillik günü kimi qeyd olunur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç