Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    DÖBLİN

    DÖBLİN Alfred (10.8.1878, Ştettin – 26.6.1957, Frayburq yaxınlığında Emmendingen) – alman yazıçısı. Yәhudi dәrzi ailәsindә doğulmuşdur. Berlin, Frayburq un-tlәrindә tibb elmini öyrәnmişdir; tibb üzrә doktor (1905); psixiatr vә nevropatoloq işlәmişdir (1911–33); 1914–18 illәrdә hәrbi xidmәtdә olmuşdur. 1933 ildә İsveçrәdәn keçmәklә Parisә getmişdir. 1940–45 illәrdә ABŞ-da yaşamışdır. 1945 ildә Almaniyaya qayıtmış, Maynsda Elm vә Әdәbiyyat Akademiyasının vitse-prezidenti (1949) olmuşdur. 1953 ildәn Fransada yaşamışdır. Çap
    olunmağa 1905 ildәn başlamışdır. D. Berlindә çıxan ekspressionist “Der Sturm” (1910) jurnalının tәsisçilәrindәn biri olmuşdur. Zәncirotunun qәtli” hekayәlәr toplusunda futurizmin, ekspressionizmin vә psixoanalizin tәsiri öz әksini tapmışdır. Fantastik, qrotesk, sәrt obrazlılığın fәlsәfi ümumilәşdirmәlәrlә birlәşdirilmәsi, bir neçә tәhkiyә xәttinin paralel aparılması vә s. D.-in erkәn romanlarına xas olan xüsusiyyәtlәrdir: 18 әsr Çin pasifizmi haqqında ”Van Lunun üç sıçrayışı” (1915); müdrikin dünya şәri qarşısında gücsüzlüyü mövzusunda yazılmış “Vallenşteyn” (1920); “Dağlar, dәnizlәr vә nәhәnglәr” (1924) antiutopiyası. 1929 ildә yazılmış “Berlin, Aleksanderplats” (R.V.Fasbinder ekranlaşdırmışdır, 1980) romanı yazıçıya şöhrәt gәtirmişdir. 1930– 40-cı illәrdә yazdığı әsәrlәr arasında “Aman yoxdur” (1935) avtobioqrafik romanı; “Amazonlar” (1937– 48) trilogiyası; “Noyabr 1918” (1939–50) tarixi tetralogiyası vә s. var. D.-in sonrakı yaradıcılığının şah әsәri hesab olunan “Hamlet, yaxud Uzun gecә sona çatır” (1945–46, 1956 ildә nәşr olunmuşdur) dini-fәlsәfi romanının әsasını metafizik günahlar, hәqiqәt axtarışı mövzuları tәşkil edir. D. çoxsaylı publisistik kitabların, esselәrin, avtobioqrafik “Taleyin yolu” (1949) kitabının müәllifidir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV