“DÖRD FӘSİL” – Azәrb. xalça kompozisiyası. Tәbriz xalça mәktәbinә aiddir. Başlıca istehsal mәrkәzi Tәbriz olmuşdur. Belә kompozisiyalı xalçaların arasahәsi ilin müvafiq fәslinin mәişәt sәhnәlәrini әks etdirәn dörd hissәyә ayrılır. Xalçaların dekorativ bәzәklәrindә daha çox tarixi memarlıq abidәlәrinin (“Mәdain xarabaları”, “Tәxti- Cәmşid”) tәsvirlәri, böyük mütәfәkkirlәrin vә şairlәrin portretlәri, dini (“Adәm vә Hәvva cәnnәtdә”, “Qurbankәsmә”) vә lirik (“Leyli vә Mәcnun”, “Fәrhad vә Şirin”) süjetlәr, Ömәr Xәyyamın rübailәri mövzusunda sәhnәlәr yer tutur. Bәzi xalçalarda rast gәlinәn enli, bir-birinә perpendikulyar zolaqlar axar suyu әks etdirmәklә arasahәni dörd hissәyә ayırır. Sәfәvi şahı I Tәhmasib tәrәfindәn imam Rza mәqbәrәsinә hәdiyyә edilәn xalçanın dörd hissәyә bölünmüş arasahәsi günәş, yağış, göy qurşağı vә qar yağ- masını tәsvir etmәklә, sanki ilin fәsillәrini canlandırır. “D.f.” xalçalarının süjeti 20 әsrin ortalarına qәdәr qorunub saxlanmışdır.
“Дюрд фясил” халчасы.