DÖRDLӘR – Azәrb. Resp. Füzuli r-nunun Dilağarda ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 17 km şm.-da, Füzuli–Ağdam avtomobil yolu kәnarında, Qarabağ silsilәsinin әtәyindәdir. Әh. 123 (2011); işğaldan (1993, aprel) әvvәl baramaçılıq vә heyvandarlıqla mәşğul olmuşdur.