DÖRDNÜ, D o r h n u – Yelizavetpol (Gәncә) qub.-nın Zәngәzur qәzasında (9.9.1930 ildәn Qafan r-nu) azәrb.-ların yaşadığı kәnd. 1918 ildә ermәni tәcavüzünә mәruz qalmış kәndin әhalisi qonşu Qubadlı r-nunun kәndlәrinә sığınmağa mәcbur olmuşdur. 1918–19 illәrdә kәnddә xaricdәn gәlmә ermәnilәr yerlәşdirilmiş, 29.4.1949 ildә isә adı dәyişdirilәrәk Antaraşat qoyulmuşdur.