DÖRDŞÜALI MӘRCANLAR (Tetracoralla), r u q o z a l a r – tәk vә koloniya halında yaşamış, әsasәn karbonat skeleti olan, kökü kәsilmiş Paleozoy mәrcanları. Massiv tipli koloniyalar prizmatik korallitlәrdәn, kolşәkilli tip isә silindrik vә çox nadir hallarda üçüzlü piramidal korallitlәrdәn ibarәt olmuşdur. Tәk D.m. silindrik, konusvarı, üç vә dördüzlü piramidal formada olub, eni 3– 6 sm, hünd. 25 sm-ә çatırdı; bәzi növlәrinin ağız hissәsi qapaqlı idi. Tәk (bәzәn kolonial) tetrakorallar konsentrik qırışıqlı örtüyә malik olduğundan onları çox vaxt ruqozalar (qırışıqlı) adlandırırlar. D.m. tropik vә subtropik vil.-lәrin normal dәniz hövzәlәrinin üst sublitoral sahәlәrindә yaşamış vә mәrcan әhәngdaşının vә rifogen qurumların yaranmasında iştirak etmişdir. Tetrakorallar Ordovikin sonundan başlayaraq Paleozoyun biostratiqrafiyası üçün böyük әhәmiyyәti olan fosillәrdir.