Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    DÖVLƏT BORCU

    DÖVLӘT BORCU – dövlәtin (mәrkәzi hakimiyyәtin) müәyyәn vaxt üçün fiziki vә hüquqi şәxslәr, xarici dövlәtlәr, beynәlxalq tәşkilatlar vә beynәlxalq hüququn digәr subyektlәri qarşısında bütün ödәnilmәmiş borc öhdәliklәrinin vә onlar üzrә hesablanmış faiz vә cәrimәlәrin, hәmçinin dövlәt zәmanәtilә verilmiş öhdәliklәrin ümumi mәblәği. Dövlәtin bütün ilkin borc öhdәliklәrinin nominal dәyәrindәn ibarәt olan әsas D.b. keçmişdә yığılmış dövlәt büdcәsi kәsirlәrinin nәticәsidir.

    Daha geniş anlamda D.b.-na, dövlәt öhdәliklәrinin әnәnәvi növlәri ilә yanaşı, tәqaüdlәrin (sosial zәmanәtlәr sisteminin borcu) ödәnilmәsi, vergi vә gömrük imtiyazlarının verilmәsi vә s. üzrә dövlәtin şәrtsiz öhdәliklәri dә daxildir. Hәmçinin mәrkәzi hökumәtin öhdәliklәrini ehtiva edәn D.b. vә bütün rezidentlәrin vә regional hakimiyyәt orqanlarının öhdәliklәri dә daxil olmaqla mәcmu D.b. fәrqlәndirilir. Ödәmә balansı metodologiyasından istifadә edәn beynәlxalq statistikada çox vaxt mәcmu D.b. göstәrilir.

    D.b. statusu özәl borc ilә müqayisәdә fәrqli spesifikaya malikdir. Әvvәla, suveren borclu, demәk olar ki, heç vaxt kreditә tәminat vermir. İkincisi, öz öhdәliklәrindәn imtina edәn borcluya mәhkәmә instansiyalarının tәsir etmәk imkanları olduqca mәhduddur (әksәr hallarda belә iddialar suverenliyin pozulması kimi qiymәtlәndirilir).

    Daxili vә xarici D.b. fәrqlәndirilir. Onları ayırmaq üçün rezident vә valyuta әlamәtlәrindәn istifadә edilir. Dövlәt borcu haqqında Azәrb. Resp.-nın Qanununa әsasәn, d a x i l i  D.b. – Azәrb. Resp. adından Azәrb. Resp.-nın rezidentlәri ilә bağlanmış müqavilәlәrin öhdәliklәri üzrә borc, x a  r i c i  D.b. – Azәrb. Resp. adından Azәrb. Resp.-nın qeyri-rezidentlәri ilә bağlanmış müqavilәlәrin öhdәliklәri üzrә borcdur. Avstraliya, Fransa, Belçika vә bәzi digәr ölkәlәrdә valyuta әlamәti istifadә olunur, statistikasında daxili vә xarici D.b. fәrqlәndirilәn bir çox inkişaf etmiş ölkәlәrdә isә rezident әlamәti tәtbiq edilir. Valyutası sәrbәst konversiya olunan ölkәlәr üçün borcun hәr iki növünün xidmәt mexanizmi eynidir. Borcun bir hissәsi xarici valyuta ilә ifadә edildikdә, onun ödәnilmәsindә çәtinlik yaranmır, çünki milli valyuta asanlıqla müvafiq xarici valyutaya konversiya oluna bilәr. “Yumşaq” valyutalı ölkәlәrdә xarici borcun “sәrt” valyuta ehtiyatlarının toplanmasını nәzәrdә tutan xüsusi xidmәt sistemi mövcuddur. Bu, bir sıra spesifik mәsәlәlәrin (ixrac sahәlәrinin inkişafı, idxalın azaldılması, ixracatçıları valyuta satışına hәvәslәndirәn mexanizmin yaradılması, daxili valyuta ehtiyatlarının sәfәrbәr edilmәsi vә s.) hәllini tәlәb edir.

    Ödәmә müddәti yaxınlaşmayan әsaslı D.b. vә ödәmә müddәti cari büdcә ilindә başa çatan cari D.b. növlәri dә fәrqlәndirilir.

    D.b. rolunun qiymәtlәndirilmәsindә müxtәlif nәzәri yanaşmalar var. Borcun artırılması yolu ilә әlavә maliyyә resursları cәlb etmәklә, dövlәt iqtisadi artım vә daha çox inkişaf etmiş ölkәlәrdәn geri qalmasının qarşısını almaq üçün yeni imkanlar әldә edir. D.b.-nun artırılması yolu ilә büdcә kәsirlәrinin maliyyәlәşdirilmәsi vergi yükünә real alternativdir. Bu zaman vergilәrin artması ilә müqayisәdә borcun maliyyәlәşdirilmәsinin “siyasi qiymәt”i daha aşağı olur. Vergi ödәmәlәrini әvәzlәmәklә D.b. iqtisadi inkişafı sürәtlәndirәn maliyyә mexanizmi rolunda çıxış edә bilir.

    D.b.-nun mәnfi tәsiri borcun ödәnilmәsi zәrurәti müqabilindә mühüm sosial-iqtisadi mәsәlәlәrin hәlli imkanlarının azalması, istehsalın sәmәrәliliyinin pislәşmәsi, uzunmüddәtli perspektivdә ÜDM-in artım tempinin tәnәzzül etmәsilә şәrtlәnir. D.b.-nun artması әslindә gәlәcәk nәslin vergi yükünün artması demәkdir.

    Bütün dövlәtlәrin D.b. var vә bütövlükdә onun artımı müşahidә olunur. Eyni zamanda D.b. böyük olan ayrı-ayrı inkişaf etmiş ölkәlәr digәr dövlәtlәrin iri kreditorları kimi çıxış edir. Bazarı yaranmaqda olan ölkәlәrin (inkişaf edәn ölkәlәr vә keçid iqtisadiyyatlı ölkәlәr) mәcmu xarici D.b.tәdricәn böyüyür: 1970 ildә bu 70,2 mlrd. dollar, 1980 ildә – 579,6, 1990 ildә – 1421,6, 2000 ildә – 2282,6, 2004 ildә – 2597,1 dollar tәşkil etmişdir. D.b.-nun artımı ÜDM-in vә ixracın artımını üstәlәmiş, bir sıra ölkәlәri ehtiva edәn borc böhranlarına sәbәb olmuşdur. Bu tәhlükәni nәzәrә alan beynәlxalq birlik az inkişaf etmiş ölkәlәrin borclarının yüngüllәşdirilmәsi üzrә kollektiv tәdbirlәr hәyata keçirir. Müasir dünyada xarici borcların tәnzimlәnmәsinin kifayәt qәdәr sәrt reqlamentlәşdirilmiş sistemi yaranmışdır vә bu işdә “Böyük sәkkizlik”, Beynәlxalq valyuta fondu, Ümumdünya bankı, kreditorların Paris klubu, London klubu vә s., beynәlxalq rәsmi vә qeyri-rәsmi maliyyә tәşkilatlarının görüşlәri mühüm rol oynayır.

    İqtisadiyyatın borc yükünün xarakteristikası üçün müxtәlif göstәricilәrdәn istifadә edilir; әn başlıca göstәrici D.b. hәcminin ÜDM-ә nisbәtidir. Mәs., Avropa Monetar İttifaqına qoşulmanın meyarlarından biri D.b.-nun ÜDM-ә nisbәtinin 60%-dәn çox olmamasıdır. D.b.-nun idarә olunması siyasәtinin vәzifәsi D.b.-nun vaxtında vә dәqiq uçotunun tәmin edilmәsi, iqtisadiyyat üçün yolverilәn borc yükünün saxlanılması, borcun ödәnilmәsi dәyәrinin minimallaşdırılması, hökumәt borcunun maliyyәlәşdirilmәsindә daha çox investorun iştirakı mexanizminin yaradılması, dövlәt borcalmaları risklәrinin minimallaşdırılması vә borcun maliyyәlәşdirilmәsinin stabilliyinin tәmin edilmәsi vә s.-dir.

    D.b. haqqında Azәrb. Resp.-nın qanunvericiliyi D.b. haqqında Azәrb. Resp.-nın Qanunundan, Azәrb. Resp.-nın Konstitusiyasından, “Büdcә sistemi haqqında” Azәrb. Resp.-nın Qanunundan, Azәrb. Resp.-nın digәr qanunvericilik aktlarından vә Azәrb. Resp.-nın tәrәfdar çıxdığı beynәlxalq müqavilәlәrdәn ibarәtdir.

    Azәrb. Resp. rezidentlәrinin Azәrb. Resp.-nın qeyri-rezidentlәri qarşısında cari şәrtsiz, dövlәt öhdәliyi yaratmayan, xarici valyutada olan borc öhdәliklәri D.b. hesab edilmir vә Azәrb. Resp. bu borc üzrә heç bir mәsuliyyәt daşımır.

    1 yanvar 2016 il tarixinә Azәrb. Resp.-nın xarici D.b. 6894,3 mln. ABŞ dolları (10751,0 mln. manat), xarici D.b.-nun ÜDM-ә olan nisbәti 19,8% tәşkil etmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV