EYHAM – 1) әdәbiyyatd a, mәqsәdli şәkildә işlәnәn ikibaşlı söz, incә işarә; 2) dilçilikd ә, nitqdә sabit birlәşmәlәrin, mәşhur ifadәlәrin tәrkibindәki bütün vahidlәrdәn deyil, yalnız bir neçәsindәn istifadә edilmәsindәn ibarәt üslubi qayda. Mәs., hәlә ağ kürkә bürün, yazda yaşıl don da geyәrsәn, qoradan halva yeyәrsәn vә s.