ÉYXFELD İohan Hansoviç (25.1.1893, Estoniya, Payde ş. – 1989) – rus botaniki vә aqronomu. Estoniya SSR EA-nın prezidenti (1950 ildәn). V.İ.Lenin ad. ÜİKTEAnın akad.-i (1935), SSRİ EA-nın m.üzvü (1953). Estoniya SSR EA-nın akad.-i (1946). Estoniya SSR әmәkdar elm xadimi (1963). Sosialist Əmәyi Qәhrәmanı (1953). Dövlәt mükafatı laureatı (1942). N.İ.Vavilovun tәlәbәsi. Qütb bitkiçiliyi vә әkinçiliyi sahәsindә mütәxәssis. Petroqrad Kәnd Tәsәrrüfatı İn-tunu bitirdikdәn sonra (1923) Ümumittifaq Bitkiçilik İn-tunun (1930 ilәdәk Ümumittifaq Tәtbiqi Botanika vә Yeni Bitkilәr İn-tu) Qütb şöbәsinin direktoru, 1940 –51 illәrdә yenә dә bu in-tun direktoru (Leninqrad), Rәyasәt Heyәti nәzdindә Şimalın k.t. mәsәlәlәri üzrә komissiyasının sәdri, Estoniya SSR Ali Soveti Rәyasәt Heyәtinin sәdri (1958–61) olmuşdur. Elmi tәdqiqatları Kola y.-a.-nın vә Kareliya MR-nın şm. hissәsinin sәrt iqlim şәraitindә k.t. bitkilәrinin әkilmәsinә, orada tәrәvәz vә yem bazası yaradılmasına hәsr edilmişdir. Ucqar Şimal bölgәsi üçün tezyetişәn xüsusi bitkilәrin seleksiyası, Xibin dağ süxurlarının mineral gübrә kimi tәtbiqi imkanlarının öyrәnilmәsi dә onun tәdqiqatları sırasındadır. Eyni zamanda Skandinaviyanın çöl bitkilәrinin tәsvirini vermişdir. E. SSRİ Ali Sovetinin (4–7 çağırış), Estonya SSR Ali Sovetinin (3–5 çağırış) deputatı olmuş, 6 dәfә Lenin ordeni, Oktyabr İnqilabı ordeni, 2 dәfә “Qırmızı Əmәk Bayrağı” ordeni, “Şәrәf nişanı” ordeni vә medallarla tәltif edilmişdir.
Əsәrlәri: Селекция у полярного круга. “Труды по прикладной ботанике и селекции”, 1925, т. 14, вып. 5; Культурные пастбища и метод селекции пастбищных трав в Скандинавии. Л., 1929 (Известия по с.-х опытному делу Ленинградской области вып. 10); Проблема земледелия на крайнем Севере. “Советский Север”, 1931, № 5; Борьба за крайний север… Л., 1933; Основные задачи сельскохозяйственной науки в ЭССР в области земледелия (Резюме). в кн.: póllumajandusliksessioon. 16 –18 jaanuarini, 1947. Сельскохозяйственная сессия 13–18 января 1947 г., Tartu, 1947, стр. 212–14; Создание летней кормовой базы для молочного скота. “Известия Акад. наук Латвийской ССР” 1955, № 2 (91); Опыт создания долголетних пастбищ в Эстонии. “Вестник сельскохозяйственной науки”, 1956, № 2.