ÉYXMAN (Eichmann) Karl Adolf (19.3. 1906, Almaniya, Zolingen – 1.6.1962, İsrail, Ramlә ş.) – alman-faşist hәrbi canisi. 1934 ildәn Baş imperiya tәhlükәsizlik idarәsindә xidmәt etmişdir. İkinci dünya müharibәsindә Avropanın yәhudi әhalisinin cismәn mәhv edilmәsi planlarının hazırlanması vә hәyata keçirilmәsinin tәşkilatçılarından biridir. Faşist Almaniyası darmadağın edildikdәn sonra Argentinaya qaçmış, 1960 ildә İsrail agentlәri tәrәfindәn әlә keçirilmiş, Qüds ş.-ndә ölüm cәzasına mәhkum edilmiş, Ramlә ş.-ndә edam olunmuşdur.