EYXVALD Eduard İvanoviç, Karl Eduard (15.7.1795, Yelqava, indiki Latviya – 16.11.1876, Peterburq) – rus tәbiәtşünası, Peterburq EA-nın m. üzvü (1826). 1814 – 17 illәrdә Berlin Un-tindә tibb vә tәbiyyat elmlәrini öyrәnmişdir. 1819 ildә Rusiyaya qayıtmış vә Derpt (1821 ildәn), Kazan (1823 ildәn), Vilnüs (1829 ildәn) un-tlәrinin vә Peterburqdakı Tibbi-cәrrahiyyә Akademiyasının prof.-u olmuşdur; 1839 – 55 illәrdә Peterburq Dağ-mәdәn İn-tunda paleontologiya kursu üzrә mühazirә oxumuşdur. İşlәri mineralogiya, geologiya, paleontologiya, heyvan vә bitkilәrin sistematikası üzrәdir. 1825 –26 illәrdә Xәzәr dәnizi vә Qafqaza, 1829 ildә isә Rusiyanın c.-q.-inә sәyahәt etmiş vә sәyahәt materialları әsasında yeni әsәrlәr nәşr etdirmişdir, elәcә dә olduğu r-nların coğrafiyası üzrә mәlumatlar vermişdir. 1829 –31 illәrdә 3 cildlik “Spesialnaya zoologiya” kitabının nәşri ilә o, heyvanlar alәmi barәdә öz sistemini tәklif etmişdir. Mineralogiya, geologiya vә rus dilindә paleontologiya üzrә dәrsliklәrin müәllifi olmuşdur. 1860–68 illәrdә E.-ın “Paleontologiya Rossii” adlı 4cildlik monoqrafiyası çıxmışdır.
Əd.: Райков Б.Е. Русские биологи-эволюционисты до Дарвина, т. 2. М.-Л., 1951, sәh. 321–389.