DÖVLӘT İSTİQRAZLARI – dövlәtin vәsaiti çatmadığı halda hәr hansı bir xәrcin (mәs., hәrbi borc) ödәnilmәsi, yaxud bu vә ya digәr tәdbirlәrin keçirilmәsi üçün maliyyә istiqraz resursları fondunun formalaşmasından ötrü dövlәt borcalmaları. D.i. vәrәqәlәrinin vә digәr uzunmüddәtli qiymәtli kağızların emissiyası formasında hәyata keçirilir, onlar borcalandan pul vәsaitlәri, yaxud başqa material dәyәrlәr tәlәbetmә hüququnu tәsdiqlәyir vә adәtәn, çox sayda namәlum borcalanlar arasında yayılır.
D.i. yerlәşmә vә ödәmә yerinә görә xarici vә daxili olur. Xarici D.i. qiymәtli kağızlarının nominalı ya onların yerlәşdirilmәsi nәzәrdә tutulan ölkәnin valyutası, ya da xarici valyuta ilә müәyyәn edilir. Daxili D.i. qiymәtli kağızları, adәtәn, milli valyutayla nominallaşdırılır vә daxili bazarlarda tәdavül edilir. Bir çox ölkәlәr daxili borc qiymәtli kağızlarının qeyri-rezidentlәr tәrәfindәn alınmasına müxtәlif mәhdudiyyәtlәr tәyin edir. Lakin qloballaşma proseslәrinin inkişafı vә investisiyalara ehtiyacın artması şәraitindә hәmin mәhdudiyyәtlәr yüngüllәşdirilir. D.i. vәrәqәlәrinin sahiblәri öz gәlirlәrini, әsasәn, istiqraz vәrәqәlәrinin ödәnilmәsi müddәtindә hökumәt tәrәfindәn müәyyәn dövriliklә ödәnilәn tәyin edilmiş faiz şәklindә alırlar. Bu faiz borcun şәrtlәrinә әsasәn ya sabit (bütün borc müddәti әrzindә), ya tәsbitlәnmiş (ödәmәnin ayrı-ayrı müddәtlәri üzrә), yaxud dәyişәn ola bilәr. Gәlir, istiqrazların yerlәşdirilmәsi qiymәti vә onların emitent tәrәfindәn alınması qiymәti arasındakı diskont şәklindә dә ödәnilir (diskont istiqrazlar). Mәblәği vә müvafiq tirajın keçirilmә dövriliyi istiqraz şәrtlәri ilә müәyyәn olunan, gәliri istiqraz vәrәqәsi sahibinә uduş formasında uduşlu, hәmçinin konkret mәhsul vә xidmәtlәrlә ödәnilәn faizsiz D.i. var.
D.i. qiymәtli kağızları indekslәşmәyәn vә indekslәşәn (yәni inflyasiya sәviyyәsinin, yaxud digәr göstәricinin dәyişilmәsini nәzәrә alaraq borcun nominal dәyәrinin yenidәn hesablanmasını nәzәrdә tutan) olur. Emitentin qәbul etdiyi öhdәliklәrә әsasәn vaxtından әvvәl ödәnilmә hüquqlu vә vaxtından әvvәl ödәnilmә hüququ olmayan istiqrazlar, hәmçinin renta istiqrazları var. Adәtәn, borc öhdәliklәri onların vaxtından әvvәl ödәnilmә hüququ olmadan buraxılır. Renta istiqrazlarına görә, dövlәt borcu nә vaxtsa ödәmә öhdәliyi olmadan müәyyәn müddәtdә (müddәtsiz, konkret müddәtdә, konkret investorun ömrü boyu) gәliri ödәmә öhdәliyini öz üzәrinә götürür. Nominal vә yığılmış gәlir üzrә istәnilәn vaxtda ödәnilmәsinә tәminat verilәn D.i. da mövcuddur.
Buraxılış formasına görә istiqrazlar sәnәdli vә sәnәdsiz olur. Sәnәdli istiqrazlar qiymәtli kağızları kağız daşıyıcılarda, sәnәdsizlәr isә elektron hesablarda qeydlәr şәklindә icra edilir.
Bazarda tәdavül sәrbәstliyinә görә bazar vә qeyri-bazar növlәrinә bölünür. Bazar istiqrazları ilkin vә tәkrar bazarlarda sәrbәst alınır vә satılır. Qeyri-bazar istiqrazları ilkin yerlәşdirmәdәn sonra tәkrar bazarda satılmır. Onlar müәyyәn investorların – mәrkәzi bankın, büdcәdәnkәnar fondların, regional hökumәt orqanlarının, dövlәt vә qeyri-dövlәt pensiya fondlarının, trastfondların (vәkalәt idarә fondları) vә digәr iri investorların resurslarını xәzinәyә cәlb etmәk üçün buraxılır. İstәnilәn investor üçün nәzәrdә tutulan universal istiqrazlar vә xüsusi istiqrazlar mövcuddur.
D.i. Azәrb. Resp.-nın Maliyyә Nazirliyi tәrәfindәn, sәnәdsiz adlı formada buraxılır. Tәdavül müddәtinә görә qısamüddәtli (1, 3, 6 ay vә ya
1 il), ortamüddәtli (2, 3 il) vә uzunmüddәtli (5 il vә daha çox) olur.