ÉYKMAN (Eijkman) Xristian (11.8.1858, Neykerk, Gelderland – 5.11.1930, Utrext) – Niderland bakterioloqu vә hәkim, Nobel mükafatı laureatı (1929, F.Hopkinslә birlikdә). Amsterdam Un-tini bitirmişdir (tibb doktoru, 1883), Berlindә R.Koxun yanında tәcrübә keçmişdir. 1886 ildәn İndoneziyada hәrbi hәkim, 1888 ildәn Cakartada Batava patologiya laboratoriyasının direktoru, 1898–1928 illәrdә Utrext Un-tindә (Niderland) gigiyena prof.-u olmuşdur. Əsas әsәrlәri vitaminologiya üzrәdir. Bir sıra xәstәliklәrin mәnbәyi kimi vitamin çatışmazlığı faktını kәşf etmişdir.