EYKONAL (yun. εἰκών – xәyal) (hәndәsi optikada) – ixtiyari iki nöqtә arasındakı işıq şüasının optik yolunun uz.-nu tәyin edәn funksiya; nöqtәlәrdәn biri (A) cisimlәrin (obyektlәrin) fәzasına, digәri (Aʹ ) xәyalların (bax Optik xәyal) fәzasına aiddir. Parametrlәrin seçilmәsindәn asılı olaraq, aşağıdakı E.-ları fәrqlәndirirlәr: nöqtәvi E. vә ya Hamilton -ı (A vә Aʹ nöqtәlәri x, y, z; xʹ, yʹ, zʹ koordinatlarından asılı olan Hamilton xarakteristik funksiyası); Brunsun bucaq E.-ı (şüanın μ, ν; μʹ, νʹ bucaq әmsalları funksiyası); Şvartsşildin daha mürәkkәb E.-ı vә s. E.-ı müәyyәn parametrlәr üzrә diferensiallayaraq, onu optik sistemlәrin hesablamalarında tәtbiq etmәklә, әsas optik sistemlәrin aberrasiyalarının bәzilәri üçün ifadәlәr tapmaq olur.
E. adlanan funksiyalar, elektron vә ion optikasında, hәmçinin kvant mexanikasında vә sahәnin kvant nәzәriyyәsindә (eykonal yaxınlaşma) zәrrәciklәrin sәpilmә proseslәrinin tәsviri zamanı geniş istifadә