ÉYLER, Eyler-Xelpin (von Euler Chelpin) Ulf Svante fon (7.2.1905, İsveç, Stokholm – 18.3.1983, İsveç, Stokholm) – İsveç fizioloqu, Nobel mükafatı laureatı (1970, B.Kats vә C.Akselrodla birlikdә). H.EylerXelpinin oğludur. Stokholmda Karolin İn-tunu bitirmişdir (1929). 1930 ildәn hәmin in-tun farmakologiya kafedrasında assistent, 1939 ildәn fiziologiya prof.-u olmuşdur. 1930 ildә London-da Q.Deylin laboratoriyasında işlәmiş vә orada bağırsaq toxumasında “P substansiya” biol. aktiv maddәnin mövcud olduğunu kәşf etmişdir. Əsas әsәrlәri adrenergik sinir ucluqlarının fiziologiyası üzrәdir. Noradrenalinin simpatik sinir sisteminin mediatoru olduğunu müәyyәnlәşdirmiş, onun sinirlәrdә vә orqanlarda paylanmasını, müxtәlif fizioloji vә patoloji vәziyyәtlәrdә mübadilәsini әtraflı tәdqiq etmişdir. Prostaqlandinlәrin (1936) vә noradrenalinin (1946) funksional rolunu aşkara çıxarmış vә öyrәnmişdir. Noradrenalini olan hüceyrәaltı zәrrәciklәrin kәşfi vә bu zәrrәciklәrin noradrenalin tutma, saxlama, buraxma mexanizminin açılması da ona mәxsusdur. İsveç Kral EA-nın, Danimarka EA-nın, Almaniya “Leopoldina” Tәbiәtşünaslıq Akademiyasının, London Kral cәmiyyәtinin (1973) üzvü olmuşdur.
Ə s ә r l ә r i: Noradrenaline. Springfield, 1956; Prostaglandine, N.Y. – L., 1967 (R. Eliasson ilә birlikdә).