ÉYLER ƏDƏDİ (L.Eylerin şәrәfinә) – maye vә ya qaz axınının iki xarakterik nöqtәsindәki tәzyiqlәr fәrqinin axındakı dinamik tәzyiqә nisbәtinә bәrabәr olan ölçüsüz kәmiyyәt. Eu ilә işarә edilir: Eu =2(P2 – P1)/ρυ2 (bәzәn 2P/ρυ2), burada P2, P1 axının (vә ya onda hәrәkәt edәn cismin) iki xarakterik nöqtәsindәki tәzyiqlәr, ρυ2/2 dinamik tәzyiq, ρ – mayenin vә ya qazın sıxlığı, υ – axının vә ya cismin sürәtidir. Hәndәsi oxşar sәrhәdlәrdә axan iki maye axını dinamik oxşardırsa, bu axınların Eyler әdәdlәri bir-birinә bәrabәrdir. Bu, axında tәzyiq vә әtalәt qüvvәlәri üçün dinamik oxşarlıq (bu qüvvәlәrin nisbәtlәrinin bәrabәrliyi) şәrtidir.