DÖVLӘTYARLI – Azәrb. Resp. Füzuli r-nunda kәnd. Dövlәtyarlı ә.d.-nin (Dövlәt yarlı, Qәrvәnd, Qıyıqçı, Qızıl Qışlaq, Zәrgәr k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 4 km şm.-da, Füzuli–Xocavәnd avtomobil yolu kәnarında, Köndәlәnçayın (Arazın qolu) sahilindә, Qarabağ silsilәsinin әtәyindә, düzәnlikdәdir. Әh. 1300 (2011); әkinçilik, üzümçülük vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, kitabxana, klub, tibb mәntәqәsi var.