Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    DÖVRİYYƏ KAPİTALI

    DÖVRİYYӘ KAPİTALI (ing. working capital) – tәsәrrüfat subyektinin (firmanın) kapitalının dövriyyә aktivlәrinә qoyulan hissәsi. Texnoloji prosesin fasilәsizliyi hesabat dövrü müddәtindә dövriyyә aktivlәrinin dәfәlәrlә yenilәnmәsini vә onların alınması xәrclәrinin istehsal olunmuş mәhsulun dәyәrinә daxil edilmәsini şәrtlәndirir. D.k.-nın mahiyyәtinin vә mәzmununun izahı ondan iqtisadi kateqoriya kimi hansı kapital konsepsiyası kontekstindә bәhs edilmәsindәn asılıdır.

    K a p i t a l ı n   f i z i k i   t ә  b i ә t i    k o n  s e p s i y a s ı (A.Smitin dә tәrәfdarı ol- duğu) çәrçivәsindә kapital geniş mәnada, firma gәlirinin universal mәnbәyi olan resursların mәcmusu kimi nәzәrdәn keçirilir, yәni kapital resursdur. D.k. burada firmanın dövriyyә (mobil, cari, likvid – satıla bilәn) vәsaitlәrinin mәcmusu kimi şәrh edilir. Dövriyyә aktivlәri tәsәrrüfat subyektinin mühasibat balansı aktivlәrindә ayrıca bölmәdә tәqdim olunur. Bu bölmәnin yekunu onun D.k.-nın kәmiyyәtini göstәrir. Bu kәmiyyәt tәsәrrüfat subyektinin likvidlik vә ödәmә qabiliyyәti sәviyyәsinin qiymәtlәndirilmәsindә istifadә olunur. Onun fәaliyyәtinin bu cәhәtdәn daha әtraflı xarakteristikası D.k.-nın istehsal tsikli gedişindә likvidlik (pul vәsaitlәrinә çevrilmә) dәrәcәsinә görә fәrqlәnәn üç qrup aktivlәrә aktivlәrә: maddi ehtiyatlar; hesablar; pul vәsaitlәri vә onların ekvivalentlәrinә (yüksәklikvidli qiymәtli kağızlar) bölünmәsini nәzәrdә tutur. Firmanın cari fәaliyyәtinin dayanıqlılığı vә elastikliyi sabit vә dәyişәn D.k.-nın hәcminin hesablanması yolu ilә qiymәtlәndirilir. Sabit D.k. (yaxud dövriyyә vәsaitinin sabit hissәsi) istehsal fәaliyyәtini hәyata keçirmәk üçün zәruri dövriyyә aktivlәrinin minimumu kimi müәyyәn edilir. Dәyişәn D.k. (yaxud dövriyyә vәsaitlәrinin dәyişәn hissәsi) çәtin dövrlәrdә vә ya sığorta ehtiyatı qismindә lazım olan әlavә dövriyyә aktivlәridir.

    K a p i t a l ı n   m a l i y y ә   t ә b i ә t i  k o n s e p s i y a s ı çәrçivәsindә kapital firmanı maliyyәlәşdirmәnin mühasibat balansı passivindә tәqdim olunan firma mülkiyyәtçilәrinin kapitalına (xüsusi kapital) vә lenderlәr kapitalına (borc kapitalına) bölünәn uzunmüddәtli mәnbә, fond kimi şәrh edilir. Mәhz bu şәrhi әsas tutan ingilis-amerikan maliyyә-uçot mәktәbinin nümayәndәlәri xalis D.k.-nı firma mülkiyyәtçilәri kapitalının dövriyyә vәsaitlәrinin maliyyәlәşmәsinә sәrf olunan vә qiymәti maliyyәlәşdirmәnin uzunmüddәtli mәnbәyinin kәmiyyәti (investorların – firma mülkiyyәtçilәrinin vә onun uzunmüddәtli kreditorlarının firmaya qoyduqları kapitalın mәblәği) vә uzunmüddәtli aktivlәrin kәmiyyәti arasındakı fәrq kimi hesablanan hissәsi sayırlar. Kapitalın maliyyә (qeyri- fiziki) tәbiәti ideyasının yaranması tarixi 16 әsrә aiddir vә diqrafik (ikihesablı) mühasibatın әsaslarının yaranması ilә әlaqәdardır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV