DRÁKER (Drucker) Piter Ferdinand (19.11.1909, Vyana – 11.11.2005 Kaliforniyanın ştatı, Klermont) – ABŞ sosial filosofu, futuroloq, menecment nәzәriyyәçisi. Frankfurt Un-tini bitirmiş, dövlәt vә beynәlxalq hüquq doktoru (1931) dәrәcәsini almışdır, Benninqton kollecinin prof.-u (1942–49) olmuşdur. 1942 ildә “General Motors” korporasiyasının tәdqiqat aparmaq tәklifini qәbul etmәsi onun menecmentә elmi marağını formalaşdırmışdır. 1950 ildәn Nyu-York Un-tinin biznes mәktәbindә, 1971 ildәn ömrünün sonuna kimi Klermont Un-tindә menecment prof.-u işlәmişdir (bu un-tin Ali Menecment Mәktәbinә 1987 ildә D.-in adı verilmişdir).
D. “The end of economic man” (“İqtisadi insanın sonu”) adlı ilk kitabında faşizmin yaranmasına tәkan verәn kütlә psixologiyasının vә xaosun xüsusiyyәtlәrini tәdqiq etmişdir. “The future of industrial man” (“İndustrial insanın gәlәcәyi”, 1942) kitabı D.-in futurologiyaya marağını әks etdirmişdir. “General Motors”un öyrәnilmәsinin nәticәsi olaraq 1946 ildә tәşkilati vә idarәetmә nәzәriyyәlәrindә bir sıra novatorçu ideyaların әks olunduğu “Consept of the corporation” (“Korporasiya kon- sepsiyası”) kitabı nәşr olunmuşdur. İri korporasiyaların rәhbәrlәri tәrәfindәn rәğbәtlә qarşılanan bu kitab menecmentin avadanlıq vә әmtәә axınının deyil, insan resurslarının idarә olunması elmi kimi tәşәkkülündә mühüm rol oynadı. 1969 ildә “hökumәtin nasazlığı” konsepsiyasını formulә etmişdir. Bu konsepsiyaya әsasәn, istәnilәn iqtisadi vә siyasi sistemdә hökumәt vaxtaşırı әhaliyә lazım olan fәaliyyәti göstәrmәk üçün aciz, yaxud hәvәssiz olmağa mәhkumdur. D. özünü cәmiyyәtlәrin inkişafını canlı orqanizm kimi öyrәnәn “sosial ekoloq” adlandırırdı. Bu inkişafın qanunauyğunluqlarını dәrindәn dәrk edәn D. gәlәcәklә bağlı unikal dәqiq proqnozlar verirdi: 1930-cu illәrin sonlarında – SSRİ ilә Almaniyanın ittifaq bağlayacağını, 1950-ci illәrdә – idarәetmәdә elektron çevrilişini, 1961 ildә – sәnaye iqtisadiyyatında Yapo- niyanın liderliyini, 1980-ci illәrdә – inkişaf etmiş ölkәlәrin çoxunda sәnaye iqtisadiyyatının durğunluğunu, 1976 ildә – әhalisinin yaşlanması ilә әlaqәdar bu ölkәlәrin ciddi problemlәrini, 1997 ildә – top-menecerlәrin astronomik mәblәğlәrlә mükafatlandırılması vә onların korporasiyanın vәsaitlәri ilә manipulyasiya etmәlәrinә dair yaranacaq münaqişәlәri qabaqcadan bildirmişdi. 2000-ci illәrdә ABŞ-ı fövqәldövlәt statusunu itirәcәyi haqqında xәbәrdar etmәklә, güclü iqtisadiyyatlı vә müxtәlif mәdәni sistemli çoxqütblü dünyada yanaşı yaşamağın zәruriliyini göstәrmişdir.
Ә s ә r l ә r i: The new society. N.Y., 1949; Technology, management and society. L., 1970; The unseen revolution. N.Y., 1976; The new realities: in government and politics, in economics and business, in society and world view. L., 1989; Managing for the future. N.Y., 1992; The ecological vision. L., 1993.