EYLER XARAKTERİSTİKASI – sonlu qәfәsli K kompleksinin
tam әdәdi, burada ai – kompleksin i-ölçülü qәfәslәrinin sayıdır. Qabarıq çoxüzlünün B tәpәlәrinin, P tillәrinin, vә Г üzlәrinin B – P + Г = 2 düsturu ilә әlaqәli olduğunu isbat edәn L.Eylerin şәrәfinә adlandırılmışdır. Bu düstur qeyri-aşkar şәkildә hәlә R.Dekarta mәlum idi:
burada pi – K kompleksinin i-ölçülü Betti әdәdidir. K kompleksinin E.x. homoloji, homotopik vә topoloji invariantdır. E.x. çox vaxt fәzanın qәfәslәrә parçalanması üsulundan asılı olmur. Ona görә dә mәs., ixtiyari kompakt poliedrin E.x.-ndan danışdıqda onun hәr hansı trianqulasiyası başa düşülür.