EYLER TEOREMİ – istәnilәn qabarıq çoxüzlünün B tәpәlәrinin, Г üzlәrinin vә P tillәrinin sayı arasında aşağıdakı әlaqә var: B – P + Г = 2. Bu düstur qeyri-aşkar şәkildә R.Dekarta mәlum idi (1620), lakin Eyler tәrәfindәn isbat edilmişdir (1758). Bax hәmçinin Eyler xarakteristikası.