DRÁVA (alm. Drau) – Avropada (İtaliya, Avstriya, Sloveniya, Xorvatiya, Macarıstan) çay. Dunayın sağ qolu. Uz. 749 km, hövzәsinin sah. tәqr. 40,4 min km2. İtaliyada Karni Alp d-rından başlanır. Yuxarı axını Klagenfurt çuxurunda, aşağı axını Orta Dunay düzәnliyindәdir. Әsasәn qar vә yağış suları ilә qidalanır. Yazda gursuludur, yay-payız aylarında daşqınlar olur. Ortaillik su sәrfi 610 m3/san. Әsas qolları: sağdan Qayl, Karaşitsa, soldan Mura vә Qurk. Yuxarı axınında iri SES kaskadı var. Mәnsәbindәn 105 km mәsafәdә gәmiçiliyә yararlıdır. Fillax (Avstriya), Maribor (Sloveniya), Osiyek (Xorvatiya) ş.-lәri D. sahilindәdir.
Драва чайы. Австрийа.