ÉYLER TƏNLİKLƏRİ, 1) mexanikada – bәrk cismin hәrәkәtinin öyrәnilmәsi zamanı mexanikada istifadә edilәn dinamik vә kinematik tәnliklәr; 1765 ildә L.Eyler vermişdir.
Dinamik E.t. bәrk cismin tәrpәnmәz nöqtә әtrafındakı hәrәkәtinin diferensial tәnliklәrini tәsvir edir vә aşağıdakı şәkildә olur:
Ixw·x + (Iz – Iy)wywz = Mx,
Iyw·· y + (Ix – Iz)wzwx = My, (1)
Izw· z + (Iy – Ix)wxwy = Mz,
burada Ix, Iy, Iz – sükunәtdә olan nöqtәdәn keçәn әsas inersiya (әtalәt) oxlarına nәzәrәn cismin әtalәt momentlәri; wx, wy, wz – bu oxlar üzәrindә ani bucaq sürәtinin proyeksiyaları; Mx, My, Mz – cismә tәsir edәn qüvvәlәrin hәmin oxlara nәzәrәn baş momentlәri; w·x, ·wy, w·z – wx, wy, wz-in zamana görә törәmәlәridir.
Kinematik E.t. wx, wy, wz ifadәlәrini φ, ψ, θz Eyler bucaqları vasitәsilә verir vә bu şәkildә olur:
(1) vә (2) tәnliklәr sistemi cismin hәrәkәt qanununu bilmәklә, ona tәsir edәn qüvvәlәrin momentini vә әksinә, cismә tәsir edәn qüvvәlәri bilmәklә, onun hәrәkәt qanununu tәyin etmәyә imkan verir.
2) Hidrodinamikada – ideal mayenin hәrәkәtinin Eyler dәyişәnlәri ilә ifadә edilmiş diferensial tәnliklәri. Əgәr p tәzyiqinә, r sıxlığına, maye hissәciklәrinin u, v, w sürәtlәrinin proyeksiyalarına vә tәsir edәn X, Y, Z hәcmi qüvvәlәrin proyeksiyalarına x, y, z fәza nöqtәlәrinin koordinatlarının vә t zamanının (Eyler dәyi- şәnlәri) funksiyaları kimi baxılarsa, E.t. düzbucaqlı Dekart koordinat sistemindәki oxlar üzәrindә proyeksiyalarda
olacaq.
Hidromexanikanın ümumi mәsәlәlәrinin Eyler dәyişәnlәri vasitәsilә hәlli ona gәtirir ki, X, Y, Z-i, hәmçinin başlanğıc vә sәrhәd şәrtlәrini bilmәklә u, υ, w, p, r-nu x, y, z vә t-nin funksiyaları kimi tәyin etmәk olur. Bunun üçün Eyler dәyişәnlәri ilә ifadә edilmiş kәsilmәzlik tәnliyini E.t.-nә әlavә edirlәr:
Barotrop maye halında (yәni sıxlıq yalnız tәzyiqdәn asılıdır) 5-ci tәnlik r = φ( p) (vә ya maye sıxılmayan olduqda r = const) hal tәnliyi olacaq. E.t. hidromexanikanın müxtәlif mәsәlәlәrinin hәlli zamanı istifadә edilir.