Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    DREYK

    DREYK (Drake) Frensis (tәqr. 1540, Devonşir qraflığı, Teyvistok – 28.1.1596, Panama, Portobelo yaxınlığında) – ingilis dәniz sәyyahı, Kraliça I Yelizaveta Tüdor dövrünün әn qәddar vә bәxti gәtirәn dәniz qulduru, vitse-admiral (1588). Dәfәlәrlә Vest-Hinddәki İspaniya torpaqlarına quldur basqınlarında iştirak etmişdir. 1577 ildә Amerikanın Sakit okean sahillәrindәki İspaniya torpaqlarını qarәt etmәk mәqsәdilә Plimutdan çıxaraq Magellan boğazını keçmiş, 48°şm.e.-nәdәk Şimali Amerikanın q. sahillәrini tәdqiq etmiş vә 1580 ildә çoxlu qәnimәtlә Plimuta qayıdaraq Magellandan sonra ikinci dünya sәyahәtini başa çatdırmışdır. D. 1588 ildә “Mәğlubedilmәz armada”nı darmadağın edәn İngiltәrә donanmasına әslindә başçılıq etmişdir. Qul- durluq mәqsәdilә tәşkil olunmuş növbәti ekspedisiya zamanı vәfat etmişdir. Atlantika okeanı ilә Sakit okeanı birlәşdirәn boğaz (Odlu Torpaq a. vә Cәnubi Şetlend a-rı arasında) D.-in adını daşıyır.

    Әd.:
    М а г и д о в и ч   И . П., М а г и д о в и ч В.И. Очерки по истории географических открытий. М.,1983. Т.2.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV