ДРИAS (Dryas) – gülçiçәklilәr fәsilәsindәn bitki cinsi. Sәrilәn hәmişәyaşil kolcuqlar. Yarpaqları qalın, üst tәrәfdәn parıltılı, altdan ağ keçәvarı tükcüklüdür. Çiçәklәri tәk-tәk olub ağ, bәzәn sarıdır; kasa yarpaqları vә lәçәklәri çox vaxt 8–9 әdәd olur. Meyvәsi toxumcaşәkillidir. Arktika vә Subarktika r-nlarında vә şm. mülayim zonanın yüksәkdağlıq әrazilәrindә 10-dan çox növü var. Azәrb.-da Qafqaz endemi olan Qafqaz D.-ı (D. caucasica) adlı 1 növünә Quba dağ massivindә rast gәlinir. Yarpaqlarında vә gövdәsindә aşı maddәlәri var. Yarpaqlarından çay kimi istifadә olunur. Dekorativ bitkidir. Әn çox yayılmış növlәri sәkkizlәçәkli D. (D.octopetala) vә nöqtәli D.-dır (D. punctata).
Гафгаз дриасы (Dryas caucasica