DRİQÁLSKİ ADASI – Deyvis dәnizinin orta hissәsindә buzlaq günbәzi. Antarktida sahillәrindәn 78 km şm.-dadır. Sah. 204 km2, hünd. 327 m-әdәkdir. Sahillәri sıldırımdır (hünd. 23 – 46 m). 1912 ildә D.Mousonun Antarktida ekspedisiyası tәrәfindәn kәşf edilmiş, 1956 ildә isә sovet Antarktida ekspedisiyası tәrәfindәn tәdqiq olunmuşdur. Alman qütb tәdqiqatçısı E.Driqalskinin şәrәfinә adlandırılmışdır.