DRİN (Drini) – Albaniyada çay. Ağ Drin (mәnbәyi Serbiya әrazisindә) vә Qara Drin (mәnbәyi Makedoniya әrazisindә) çaylarının birlәşmәsindәn әmәlә gәlir. Uz. 148 km (Qara Drin mәnbәyindәn 281 km), hövzәsinin sah. 12,6 min km2-dir. Әsasәn dağlıq әrazidә axır. Orta axınında Şimali Alban Alp d-rının c. qollarını kәsib keçir. Aşağı axınında iki qola ayrılır. C. qolu Adriatik dәnizinin Drin körfәzinә, әsas şm. qolu Şkoder gölündәn axan Buna çayına tökülür. Ortaillik su sәrfi 290 m3/san-dir. Suvarmada istifadә olunur. Aşağı axını gәmiçiliyә yararlıdır. Kukes vә Leja ş.-lәri D. sahilindәdir.