DROMOMANİYA (yun. δρόμος – qaçış + maniya), p o r i o m a n i y a – yerdәyişmәyә, avaralığa qabağıalınmaz impulsiv meyillilik. Digәr impulsiv meyilliliklәrdә olduğu kimi, D.-da da, adәtәn, sәbәb olmur. Xәstәlәr gözlәnilmәdәn işi, ailәni tәrk edir, müxtәlif yerlәrdә boş-boşuna veyillәnir. D. üçün maddi imkanın olmaması çәtinlik törәtmir. Piyada gәzmәk fiziki cәhәtdәn әldәndüşәnәdәk davam edә bilәr. D. affektiv düşüncә fonunda tәzahür edir. Onun dövrlәrinin müddәti bir neçә gündәn bir neçә hәftәyә qәdәr davam edir, sonra isә xәstәnin davranışı qaydaya düşür. D. baş beynin üzvi zәdәlәnmәlәri, psixopatiyalar, epilepsiya vә s. hallarda müşahidә edilir. Uşaq vә yeniyetmәlәrdә (daha çox oğlan - larda) çox vaxt müşahidә edilәn evdәnqaçma sindromu vә sәfillik zahirәn D. ilә oxşardır, lakin o, adәtәn, bir sıra sәbәblә –heysiyyәtә toxunma, haqsızlığa görә hәddәn artıq hәyәcan, şәxsiyyәtin tәhqir edilmәsi, cәzalanma qorxusu vә s. ilә әlaqәdar, bәzәn isә qәti etiraz reaksiyası forması olur.