Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    DRONTLAR

    ДRONTLAR (Raphidae) – göyәrçin kimilәr dәstәsindәn uçmayan quş fәsilәsi; 17–18 әsrlәrdә nәsli kәsilmişdir. Maskaren a-rının tropik meşәlәrindә yaşamışlar. Uz. 1 m-әdәk, kütlәsi 20 kq-dan çox olmuşdur. D.-ın adaların tәcridolunma şәraitindә ayrılmış uçan kiçik göyәrçinlәrdәn törәndiyi ehtimal olunur. Quru yırtıcılarının yoxluğu D.-ın uçmaq qabiliyyәtinin itmәsinә vә qiqantizmә sәbәb olmuşdur. Onlarda döş tili, qanadın bütün hissәlәrinin skeleti, korakoid vә cinaq sümüyü xeyli reduksiyaya uğramış, lakin çanaq vә çox aralı 4 barmağı olan qısa güclü ayaqları yaxşı inkişaf etmişdi. Quyruğu qısa idi. Dişilәri erkәklәrindәn kiçik olmuşdur. Rәng detallarına görә fәrqlәnirmişlәr. 2 cinsi, 3 növü: boz dront, yaxud dodo (Raphus cucullatus); ağ, yaxud burbon D.-ı (R. solitarius); abdal D. (Pezophaps solitaria). Ayrı-ayrı cütlüklәr şәklindә yaşamışlar. Әsasәn, bitkilәrlә qidalanırmış. Budaqlardan vә yarpaqlardan torpaq üzәrindә düzәltdiklәri yuvaya 1 yumurta qoyurmuşlar. Hәr iki valideyn kürt yatırmış. Avropalıların arxipelaqı kәşf etmәsindәn sonra insanların bu sadәlövh quşları birbaşa qırması (әtinә görә), hәmçinin gәtirdiklәri it, pişik, donuz vә meymunlar әrәfindәn yumurtaların vә cücәlәrin mәhv edilmәsi D.-ın nәslinin kәsilmәsini sürәtlәndirdi.

    Маврики дронту (Raphus cucullatus).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV