Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    DUALİZM

    DUALİZM (lat. dualis – ikili) – iki başlanğıcın – ruh vә materiyanın, ideal vә maddinin bәrabәrhüquqluluğunun, bir-birinә müncәredilmәzliyinin tәsdiqindәn çıxış edәn fәlsәfi tәlim. D. hәm monizmdәn, hәm dә plüralizmdәn bununla fәrqlәnir. Әzәldәn mövcud olan xeyir vә şәr (zәrdüştilik, manilik) qüvvәlәr haqqında dini tәsәvvürlәri ifadә etmәk üçün ingilis şәrqşünası vә dilçisi T. Haydın (1636–1703) daxil etdiyi “D.” terminini fәlsәfi anlayış kimi ilk dәfә alman filosofu K. fon Volf işlәtmişdir. D.-in yeni Avropa fәlsәfәsindә klassik nümayәndәsi olan R.Dekart iki keyfiyyәtcә müxtәlif vә bir-birinә müncәr edilmәyәn – düşünәn (ruhi) vә ölçüsü olan (maddi) substansiyaya dair ideyanı formulә etmişdir. İnsanda bu iki substansiyanın qarşılıqlı әlaqәsi problemini Dekart psixofiziki qarşılıqlı әlaqә mövqeyindәn hәll edirdi. Yeni dövrün fәlsәfәsi üçün qnoseoloji D.-in müxtәlif formaları xarakterikdir. Qnoseoloji D. ontolojidәn fәrqli olaraq, substansiyaların bir-birinә qarşı qoyulmasına deyil, dәrk edәn subyektin dәrk edilә bilәn obyektә qarşı qoyulmasına әsaslanır. C.Lokk vә D.Yumda şüur ümumi substansial әsasa malik olmayan ayrı-ayrı qavrayışların, hisslәrin, fikirlәrin mәcmusu kimi çıxış edir. Qnoseoloji D.-in digәr formasını İ.Kant inkişaf etdirmişdir. O, şüuru tәcrübә mәlumatlarını hissi müşahidә vә idrakın aprior formalarına (bax Aposteriori vә apriori) müvafiq, xarici dünyanın qanunlarından asılı olmayan öz qanunlarına görә nizamlayan fәaliyyәt hesab edirdi. “D.” anlayışı hәmçinin bütün әks başlanğıc vә ya sferaların (dini, antropoloji, etik D. vә s.) bәrabәrhüquqluluğunu tәsdiqlәyәn konsepsiya vә tәlimlәrә dә tәtbiq edilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV