DUDIPTA – RF-nin Krasnoyarsk diyarında çay. Pyasina çayının sağ qolu. Uz. 687 km, hövzәsinin sah. 33,1 min km2. Makar gölündәn başlanır, Şimali Sibir ovalığının mәrkәzi hissәsindә axır. Әsasәn qar suları ilә qidalanır. Aşağı axınında ortaillik su sәrfi tәqr. 455 m3/san. Oktyabrdan iyunun әvvәlinә kimi buzla örtülü olur. Әsas qolları: Batayka, Uqarnaya (sağdan). D. hövzәsindә ümumi sah. 2527 km2 olan 17 mindәn çox kiçik göl var. Mәnsәbindәn 150 km mәsafәdә gәmiçiliyә yararlıdır.