DUÉRO (portuqal dilindә D o r u, D u e r o, D o u r o) – Pireney y-a-nda çay. İspaniya vә Portuqaliya әrazilәrindәdir. Uz. 925 km (bәzi mәnbәlәrә görә 938 km), hövzәs nin sah. tәqr. 95 min km2-dir. İberiya d-rından başlanır, yuxarı vә orta axınında dәrin dәrәdә axaraq Avropada әn nәhәng kanyonlardan birini (uz. 110 km, dәrinliyi 200– 500 m, eni 40 m-әdәk) yaradır; aşağılarda geniş dәrәdә axaraq Atlantika okeanına tökülür. Әsasәn, yağış suları ilә qidalanır. Qışda vә yazda daşqınlar olur. Ortaillik su sәrfi tәqr. 700 m3/san, maks. 15 min m3/san-dir (Pireney y-a-nın әn bolsulu çayıdır). Mühüm qolları sağdan Pisuerqa, Esla, Tameqa, soldan Adaxa, Tormesdir. Suvarmada istifadә edilir. Mәnsәbindәn 200 km mәsafәdә gәmiçiliyә yararlıdır. Su anbarları, SES var. Soriya, Samora (İspaniya), Portu (Portuqaliya) ş.-lәri D. sahilin- dәdir.
Дуеро чайы. Португалийа.