ÉYLER-XELPİN (Euler-Chelpin) Hans kral Simon fon (15.2.1873, Almaniya, Ayqsburq – 6.11.1964, İsveç, Stokholm) – İsveç biokimyaçısı, Nobel mükafatı laureatı (1929; A.Qardenlә birlikdә). İsveç Kral EA-nın üzvü. U.Eylerin atasıdır. Berlin Un-tini bitirmişdir (1895). Göttingen Un-tindә V.F.Q.Nernstin vә Berlin Un-tindә Y.X.Vant-Hoffun rәhbәrliyi altında Stokholm Un-tindә (1898 ildәn; 1906 ildәn prof.) işlәmişdir. Sonuncu un-tin Biokimya
İn-tunun direktoru (1929–37), Üzvi-Kimya İn-tu nun (1938–48) vә eyni zamanda Vitamin İn-tunun (1940 ildәn) direktoru olmuşdur. Əsas tәdqiqatları biokimyәvi proseslәrin mexanizminin öyrәnilmәsinә aiddir. Şәkәrin qıcqırıb spirtә çevrilmә prosesinin kinetikasını tәdqiq etmiş vә mexanizmini müәyyәnlәş dirmişdir. Fermentlәrin tәdqiqini aparmışdır (1905–40). Canlı orqanizmlәrdә fermentlәrin tәsiri ilә kimyәvi reaksiyaların sürәtinin artmasını ilk dәfә göstәrmiş vә bu hadisәni biokataliz adlandırmaq tәklifini irәli sürmüşdür. R.M.Vilştetterlә birlikdә belә nәticәyә gәldilәr ki, fermentlәrin hissәciklәri kimyәvi fәal qrupdan vә kolloid daşıyıcıdan ibarәtdir. Karotinin fizioloji aktivliyinә görә A vitamininә yaxın olmasını aşkar etmişdir (1928). Bütün nukleotidlәrin maya fermentlәrinin tәsiri altında dehidratlaşması kozimaza ilә kataliz olunduğunu müәyyәnlәşdirmiş (1933); fermentlәrin quruluşunda koferment vә apo fermentlәri, yәni daşıyıcıları ayırd etmәyin lazım olduğu nәticәsinә gәlmişdir. Şişin biokimyasının öyrәnilmәsindә mühüm xidmәti olmuşdur. Bir sıra Elmlәr Akademiyası vә elmi cәmiyyәtlәrin üzvü seçilmişdir.