EYMURLAR, e y m i r l ә r – Oğuz tayfalarından biri. İsgәndәr Münşinin (1560/61–1634) mәlumatına görә, E. Ətrәk çayı sa hi lindә, Cürcan ilә Xarәzm arasında yaşamışlar. Orta әsrlәrdә başqa türk tayfaları ilә birlikdә Orta Asiyadan Azәrb.-a vә Yaxın Şәrq ölkәlәrinә gәlmişlәr. Bәzi mәnbәlәrin mәlumatına görә, Teymur Anadolu sәfәrindәn geri qayıdarkәn E.-ın bir qismi Azәrb.-da (Gәncә, Qarabağ) qalmışdır. Sәfәvilәr dövlәtinin ictimai vә siyasi hәyatında digәr tayfalarla yanaşı, E. da iştirak etmişlәr. Eymur tayfasından olan Əliyar xan Eymur, Mәhәmmәdyar xan Eymur vә Qılıc bәy Eymur Astrabadda hakimiyyәt ba şında olmuşlar.