EYNALLI – Azәrb. Resp. Ağstafa r-nunda kәnd. Eynallı ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 8 km c.-ş.-dә, Hәsәnsu çayının sahilin dә, Bakı–Tbilisi d.y. vә Bakı–Qazax avtomobil yolu kәnarında yerlәşir. Əh. 2698 (2015); әkinçilik (әsasәn kartofçuluq) vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, mәdәniyyәt evi, kitabxana, uşaq bağçası, tibb mәntәqәsi var.