Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EYNDHOVEN

    ÉYNDHOVEN – Niderlandın c.-unda, Şimali Brabant әyalәtindә şәhәr. Əh. 217 min (2012). Drommel çayında port. Mühüm nәql. qovşağı. Şәhәrin yazılı tarixi 1232 ildәn, hersoq I Hendrik Brabantlının E.-ә şәhәr statusu vә hәftәbazarı keçirmәk hüququ vermәsi ilә başlayır. O zaman E. torpaq sәddi ilә әhatәlәnmiş 170 evdәn ibarәt idi. Hollandiyadan Lyej ş.-nә gedәn ticarәt yolunun üzәrindә yerlәşmәsi E.-in inkişafında mühüm rol oynadı. Tәqr. 1388 ildә E.-nin müdafiә tikililәri möhkәmlәndirildi, 1413–20 illәrdә şәhәr dә yeni qәsr tikildi. 1486 ildә E. Gelderland (Geldern) hersoqluğunun qoşunu tәrәfindәn talan edilәrәk yandırıldı. 1502 ildә şәhәr bәrpa edildi, yeni qala vә müdafiә istehkamları ilә möhkәmlәndirildi. 1543 ildә E. yenidәn talan edildi, 1554 il yan ğını zamanı isә evlәrin 3/4 hissәsi yandı. 1560 ildә I Vilhelm Oranlının kömәyilә şәhәr yenidәn bәrpa olundu. Niderlandda istiqlaliyyәt uğrunda müharibә zamanı şәhәr gah holland, gah da ispan ordusunun әlinә keçirdi. 1583 ildә ispanlar E.-i tutaraq qa la divarlarını dağıtdılar. E. 1629 ildә Niderlandın tәrkibinә qatıldı. 19 әsr sәnaye inqilabı şәhәrin sürәtli inkişafına sәbәb oldu. Kanallar vә yollar çәkildi. 1860–70 illәrdә d. y. E.-i Tilburq, Hertogenbos, Venlo vә Belçika ilә birlәşdirdi. Şәhәrdә, әsasәn, tütün vә parça istehsal olunurdu. 1891 ildә әvvәl işıqlandırma lampaları, sonralar isә elektron mәhsullarının geniş çeşidini istehsal edәn “Filips” şirkәtinin yaradılması, 20 әsrin әvvәllәrindә isә sәrnişin vә yük avtomobillәri istehsal edәn DAF (Van Doorne’s Automobiel Fabriek) şirkәtinin qurulması sәnayenin inkişafına güclü tәkan verdi. İkinci dünya müharibәsi illәrindә әksәr hissәsi dağıdılan şәhәr müharibәdәn sonra sürәtlә bәrpa olundu, çoxmәrtәbәli evlәr tikildi, sәnayenin elektron vә digәr texniki sahәlәri inkişaf etdi, әnәnәvi tütün vә parça istehsalı isә tәnәzzülә uğradı vә 1970-ci illәrdә tamamilә dayandı. 70–90-cı illәrdә şәhәrin şm. r-nlarında çoxlu yaşayış evlәri inşa edildi vә әhalisinin sayına görә E. Niderlandın 5-ci şәhәri oldu. Layihә akademiyası (1947), Tәtbiqi elmlәr un-tinin filialı (1996), Texniki un-t (1956), Van Abbe muzeyi (1936) fәaliyyәt göstәrir. “Philips Spor Club” (PSC; 1941) futbol komandası tanınır. Elektrotexnika vә elektronika sәnayesinin (radio vә teleaparatları, sәsyazan vә elektrik titrәyişlәrini sәsә çevirәn cihazlar, elektron komponentlәr, mәişәt elektrik cihazları vә s. istehsal edәn “Filips” konserninin z-dları) iri mәrkәzidir. Avtomobil vә velosiped istehsalı var, yüngül vә yeyinti sәnayesi inkişaf etmişdir.

    Ейndщовен шящяриндян эюрцнцш.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç