EYNƏKLİ İLAN (Naja naja) – kobralar cin sindәn zәhәrli ilan. Uz. 1,6–2 m-dir. Tәhlükә hiss etdikdә başını üfiqi vәziyyәtdә saxlayıb, gövdәsinin ön hissәsinin 1/3-ini şaquli qaldırır vә 8 cüt ön qabırğasını yanlara açaraq boynunu disk şәklindә genişlәndirir. Bel tәrәfindә tәrsinә çevrilmiş açıq rәngli eynәk (adı da buradandır) formalı naxış olur. Hindistan E.i. yarımnövünün, adәtәn, bir halqadan ibarәt “eynәkli” naxışı var. Cәnub vә Cәnub-Şәrqi Asiyada geniş
yayılmışdır. Daşların vә kolların arasında, te rmitlәrin vә gәmiricilәrin yuvalarında, bәzәn dağılmış tikililәrdә yaşayır; sürünәrәk ağaclara dırmanır. Yaxşı üzür. Günün ikinci yarısında vә alatoranlıqda fәaldır. Suda-quruda yaşayanlar, sürünәnlәr, gәmiricilәr, quşlar vә onların yumurtaları ilә qidalanır. Dişi ilan inkişafı 70–80 gün davam edәn 8–45 yumurta qoyur. E.i.-la bağlı çoxlu әfsanә vә rәvayәtlәr var; Cәnub-Şәrqi Asiyada ilanoynadanların hazırladıqları ta maşalarda әsasәn adi E.i.-dan istifadә edir lәr. E.i.-ın zәhәrindәn tibdә, xüsusilә kobraların sancmasına qarşı zәrdabın alınmasında istifadә olunur.
Eynяkli ilan (Naja naja).